AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Akademik İradə Hüseynovanın həmmüəllifi olduğu məqalə impakt faktorlu jurnalda çapdan çıxıb
Mar 15, 2022 | 04:00 / New publications
Read 251 times

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilov və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynovanın həmmüəllif olduqları “Yaşıl sintez, Gundelia tournefortii yarpaq ekstraktlarından istifadə etməklə qızıl nanohissəciklərinin xarakterizə edilməsi və onların nanotibbi (antibakterial, göbələk əleyhinə və sitotoksik) imkanlarının təyini” adlı məqalə “Web of Science” elmmetrik bazasına daxil olan “Journal of Nanomaterials” nəşrində yer alıb.

Məqalədə xərçəng xəstəliyi və antibiotiklərə qarşı rezistentliklə mübarizədə mühüm rol oynayan qızıl nanohissəciklərinin Gundelia tournefortii yarpaq ekstraktı ilə yaşıl sintezindən bəhs edilir.

Məqalədə aparılan tədqiqatlar nəticəsində əldə edilmiş qızıl nanohissəciklərinin (AuNP) bəzi bioloji xüsusiyyətləri müasir metodlar (Skanedici elektron mikroskop, UV spektrofotometr, XRD analiz və s.) əsasında araşdırılıb. Həmçinin qızıl nanohissəciklərinin patogen mikroorqanizmlərə qarşı antimikrob aktivliyi və xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alması müəyyən edilib.

AzərTac

Copyright © 2015 Institute of Information Technology of ANAS