AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Photo
Mikrobiologiya İnstitutunda tələbələrin istehsalat təcrübəsi uğurla davam edir
Mar 01, 2022 | 04:00 / Important events
Read 506 times

Bakı Dövlət Universitetinin (BDU) və Sumqayıt Dövlət Universitetinin (SDU) Biologiya fakültəsinin IV kurs tələbələri AMEA-nın Mikrobiologiya İnstitutunda istehsalat təcrübəsi keçirlər.

Təcrübə prosesi Mikrobiologiya İnstitutu ilə BDU, SDU arasında imzalanmış əməkdaşlıq müqavilə əsasında baş tutub.

Tanışlıq günündə öncə tələbələrə elmi müəssisənin strukturu, yaranma tarixi, əsas fəaliyyət istiqamətləri, institutun laboratoriyalarının elmi fəaliyyəti, beynəlxalq əlaqələri barədə geniş məlumat verilib.

Tələbələr laboratoriyalarda təcrübə dövründə onlar üçün hazırlanmış proqrama əsasən, müəssisənin elmi işçiləri ilə birgə tədqiqatlar apararaq öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək imkanı əldə edə biləcək.

İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov rəhbəri olduğu müəssisədə laboratoriyalarda olub, tələbələrin istehsalat təcrübəsinin gedişatı ilə maraqlanıb və onların təcrübə gündəlikləri ilə tanış olaraq öz tövsiyyələrini verib.

Qeyd edək ki fevral ayının 16-da başlayan istehsalat təcrübəsi BDU-nun tələbələri üçün martın 14-nə kimi, SDU-nun tələbələri üçün isə mayın 25-nə kimi davam edəcək.

www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS