AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Mərkəzi Nəbatat Bağının “Elmi əsərləri” jurnalının yeni sayı işıq üzü görüb
Feb 23, 2022 | 11:00 / New publications
Read 308 times

AMEA-nın Mərkəzi Nəbatat Bağının “Elmi əsərləri” jurnalının növbəti XVIII cildi (№2) çapdan çıxıb.

Topluda bir sıra bitkilərin bioloji xüsusiyyətləri, o cümlədən biomorfologiyası, bioloji müxtəlifliyi, boy və inkişafının dinamikası, çoxaldılma üsulları, ilkin becərilmə aqrotexnikası, respublikanın şəhər və digər yaşayış məntəqələrinin yaşıllaşdırılmasında istifadəsi haqqında tövsiyələr verilib. Həmçinin bitki introduksiyası, botanika, üzümçülük, tərəvəzçilik, fiziologiya, biokimya, mikrobiologiya sahəsində olan məqalələr də öz əksini tapıb.

Topludan elmi işçilərə yanaşı, aqronomlar, biologiya və kənd təsərrüfatı üzrə mütəxəssislər,  bakalavrlar, magistrantlar, doktorantlar və həvəskar bağbanlar da istifadə edə bilərlər.

www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS