AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Photo
Botanika İnstitutu ilə Milli Aerokosmik Agentliyin Ekologiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb
Feb 17, 2022 | 04:00 / Important events
Read 515 times

AMEA-nın Botanika İnstitutu ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva və Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunun direktoru, professor Bəhram Əliyev tərəfindən imzalanan memorandumda qarşılıqlı və faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin həyata keçirilməsi, biomüxtəlifliyin öyrənilməsi üzrə müştərək layihələrin təşkili, innovativ məhsulların yaradılması və kadr mübadiləsi nəzərdə tutulub.

Anlaşma memorandumuna əsasən, Azərbaycanın, xüsusilə işğaldan azad olunmuş ərazilərdə biomüxtəlifliyin taksanomok tərkibinə təbii və anntropogen proseslərin təsirinin, meşə ehtiyatlarının müəyyənləşdirilməsi, peyk şəkilləri və GİS texnologiyalarından istifadə etməklə meşələrin məhv edilməsi surətinin təyini, meşə fondunun tərkibində mövcud dəyişiklikləri nəzərə almaqla bərpa prosesinin vahid prinsiplərinin işlənib hazirlanması istiqamətində işlər görüləcək. Əməkdaşlıq çərçivəsində elmi-tədqiqat və təcrübi-sınaq işlərinin yerinə yetirilməsində mütəxəssislər, doktorantlar və dissertantlar aktiv iştirak edəcəklər.

Copyright © 2015 Institute of Information Technology of ANAS