AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
“Bərabərlik, müxtəliflik və inklüzivlik: su bizi birləşdirir” mövzusunda konfrans keçiriləcək
Feb 10, 2022 | 04:00 / Conferences, assemblies
Read 580 times

11 fevral 2022-ci il tarixində saat 11:00-da “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə “Bərabərlik, müxtəliflik və inklüzivlik: su bizi birləşdirir” mövzusunda konfrans keçiriləcək.

Tədbirdə “Gender, qlobal su problemlərinin həllində elm, texnologiya və innovasiyaların rolu və davamlı inkişaf”, “Su kənd təsərrüfatının ayrılmaz hissəsi kimi, məhsul bolluğunun sudan asılılığı”, “İqlim dəyişmələri, su və gender”, “Su çatışmazlığı və gender məsələləri”, “Su diplomatiyası siyasəti: eynilik və fərqlilik mənzərəsində”, “Su – həyatın əsas inkişaf komponentidir”, “Su və fəlsəfə”, “Su-bataqlıq ərazilərində yerləşən xüsusi mühafizə olunan təbiət əraziləri və onların əhəmiyyəti”, “Azərbaycanda suların biotəhlükəsizliyinin mikrobioloji aspektləri”, “Sudan səmərəli istifadə edilməsində müasir elm və texnologiyaların rolu”, “Sellərin əhali məskunlaşmasına, sənaye və kənd təsərrüfatının inkişafına təsiri”, “Azərbaycan folklorunda su ilə bağlı inanc və rituallar”, “Qlobal su qıtlığı və qida təhlükəsizliyi” və “Su və sanitariya məsələləri gender perspektivindən” mövzusunda məruzələr dinləniləcək.

Tədbirə bu link vasitəsilə qoşula bilərsiniz.

İdentifikator: 896 8272 7548

www.science.gov.az 

Copyright © 2015 Institute of Information Technology of ANAS