AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Photo
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda imtahan sessiyası davam edir
Jan 12, 2022 | 02:14 / Conferences, assemblies
Read 343 times

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda imtahan sessiyası davam edir.

11 yanvar 2022-ci il tarixində II kursda təhsil alan magistrantlar “Molekulyar biologiya” ixtisası üzrə Molekulyar fitopatologiya, “Biokimya” ixtisası üzrə Stresin biokimyası, “Biotexnologiya” ixtisası üzrə Bitkilərin hüceyrə mühəndisliyi fənləri üzrə imtahan veriblər.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İradə Hüseynova imtahanların başlanmasında iştirak edərək magistrantlara uğurlar arzulayıb. AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin Magistratura sektorunun müdiri, f.ü.f.d. Qafil Dəmirov imtahanların gedişatı ilə tanış olub.

İmtahanlar müvəffəqiyyətlə başa çatıb.

www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS