AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
“Qlobal enerji” mükafatına layiq görülən azərbaycanlı alim apardığı tədqiqatlarla bağlı müsahibə verib
Jan 05, 2022 | 06:00 / Conferences, assemblies
Read 348 times

Qlobal Enerji Assosiasiyası enerji sektorunda tədqiqatların aparılması və layihələrin hazırlanması, müvafiq sahələrdə innovasiyaların inkişafı və dəstəklənməsi, əməkdaşlığın təmin olunması məqsədilə 2002-ci ildə yaradılmış beynəlxalq qeyri-hökumət təşkilatıdır.

Assosiasiya hər il bütün bəşəriyyətin maraqları naminə enerji mənbələri üzrə daha yüksək səmərəliliyi və ekoloji təhlükəsizliyi təmin və təşviq edən görkəmli elmi tədqiqat nəticələri və elmi-texniki işləmələrin müəlliflərinə enerji sənayesi sahəsində ən nüfuzlu olan “Qlobal enerji” mükafatını təqdim edir.

Sevindirici haldır ki, 2021-ci il üçün bu nüfuzlu beynəlxalq mükafatın laureatları arasında Rusiyada yaşayan tanınmış azərbaycanlı alim, Rusiya Elmlər Akademiyasının Bitki Fiziologiyası İnstitutunun laboratoriya rəhbəri, Biologiyanın Fundamental Problemləri İnstitutunun baş elmi işçisi, Moskva Dövlət Universitetinin professoru, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya beynəlxalq laboratoriyasının rəhbəri, biologiya elmləri doktoru Süleyman Allahverdiyevin də adı var.

O, bu nüfuzlu mükafatı süni fotosintez sistemlərinin yaradılması sahəsində əldə etdiyi nailiyyətlərə görə qazanıb.

Laureatla müsahibəni buradan izləyə bilərsiniz.

www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS