AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Biologiya, aqrar və tibb elmləri üzrə Problem Şurasının 2021-ci ildə son iclası keçirilib
Dec 16, 2021 | 11:05 / Conferences, assemblies
Read 424 times

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) Biologiya, aqrar və tibb elmləri üzrə Problem Şurasının 2021-ci ildə sonuncu – 12-ci iclası keçirilib. AMEA-nın vitse-prezidenti, problem şurasının sədri, akademik İradə Hüseynova onlayn keçirilən iclası açaraq dekabr ayında baş tutmuş mühüm elmi-kütləvi tədbirlər barədə məlumat verib, gündəlikdə duran məsələlər haqqında şura iştirakçılarını məlumatlandırıb.

Biologiya və tibb elm sahələri üzrə dissertasiya mövzularının təsdiqi üçün 44 iş müzakirəyə çıxarılıb. Dissertasiya mövzuları tibb işçi qrupu üzrə AMEA-nın müxbir üzvü Nuru Bayramov, zoologiya üzrə AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov, botanika işçi qrupu üzrə b.e.d., prof. Səyyarə İbadullayeva və fiziki-kimyəvi biologiya üzrə b.ü.f.d. Səbinə Ömərova tərəfindən təqdim edilib.

Akademik İradə Hüseynovanın rəhbərliyi ilə keçirilən müzakirələrdə problem şurasının, işçi qruplarının üzvləri, eləcə də iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri də iştirak ediblər.

Müzakirəyə çıxarılmış bəzi mövzuların adında dəyişikliklər edilməklə 39 iş müsbət qiymətləndirilərək qeydiyyata alınıb, digər işlər təkrar baxılmaq üçün geri qaytarılıb.

İclasa yekun vuran akademik İradə Hüseynova 2021-ci il ərzində keçirilmiş 12 iclasda 300-dən çox işin müzakirə edildiyini və müvafiq qərarlar qəbul olunduğunu vurğulayıb.

www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS