AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Photo
“Ürək-damar xəstəliklərinin şəfalı bitkiləri” kitabı çapdan çıxıb
Dec 08, 2021 | 01:00 / New publications
Read 403 times

Dendrologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov və b.ü.f.d., dosent Ramiz Ələkbərovun həmmüəllifi olduğu “Ürək-damar xəstəliklərinin şəfalı bitkiləri” kitabı çapdan çıxıb.

Kitabda müxtəlif əlamət və xüsusiyyətlərinə, torpaq-iqlim şəraitinə və becərilməsinə görə bir-birindən kəskin fərqlənən 37 növ dərman bitkisinin Azərbaycanda yayılması, botaniki və ekoloji xüsusiyyətləri, fitokimyəvi tərkibi, faydaları, xəstəliklərin ilkin əlamətləri, fəsadları və müalicəsi, ekstraktların təbabətdə istifadəsi üçün konkret reseptlər haqqında məlumatlar ümumiləşdirilib.

Nəşrdən elmi işçilər, müəllimlər, tibb kolleci tələbələri, müstəqil loğmanlar və ürək-damar xəstəliklərinə tutulan insanlar istifadə edə bilərlər.

www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS