AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Photo
Mərkəzi Nəbatat Bağının alimləri Xızı və Abşeron rayonlarında bitki müxtəlifliyinin tədqiqi ilə bağlı monitorinqlər aparıblar
Sep 14, 2021 | 05:47 / Important events
Read 719 times

AMEA-nın Mərkəzi Nəbatat Bağının alimləri ötən ildən başlayaraq Xızı və Abşeron rayonunda bitki müxtəlifliyinin müasir vəziyyətini tədqiq edirlər. Yarımsəhra, düzən, aşağı və orta dağ qurşağında aparılan tədqiqatlarda qurumun direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev, biologiya üzrə fəlsəfə doktoru Yusif Zeynalov, biologiya üzrə fəlsəfə doktoru Aynur Ərəbzadə və şöbə müdiri Yusif Abiyev iştirak edib. Ekspedisiya aprel, may, iyun və iyul aylarında müntəzəm olaraq baş tutub.

Tədqiqatlar zamanı ərazidə yayılmış bitkilər təyin olunub, daha sonra bitkilərin informativ siyahısı, endem və nadir bitkilər müəyyənləşdirilib. Həmçinin xüsusi əhəmiyyətli bitkilərin xəritəsi hazırlanıb.

www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS