AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Koronavirusa qarşı kapsul şəklində vaksin hazırlanıb
Jul 23, 2021 | 11:25 / Interesting information
Read 705 times

İsrailin elm adamları ilk dəfə koronavirusa qarşı kapsul şəklində vaksin hazırlayıblar.

Bu barədə “Oramed Pharmaceutical” şirkətinin rəhbəri Nadav Kidron bildirib. O, müvafiq sənədləşmədən və Səhiyyə Nazirliyinin təsdiqindən sonra “Oravax Medical” törəmə müəssisəsi tərəfindən yaxın həftələrdə Təl-Əvivdəki Sourasky Tibb Mərkəzində klinik sınaqlara başlanacağını deyib. 6 həftə davam edəcək sınaqlarda iştirak edəcək 24 könüllünün yarısı bir, digər yarısı isə iki kapsul qəbul edəcək. Könüllülər daha əvvəl peyvəndlənməmiş şəxslər olacaq.

Şirkət rəhbərinin sözlərinə görə, yeni vaksin COVID-19-un variantlarına qarşı da təsirlidir.

Qeyd edək ki, sözügedən vaksinin hazırlanması ilə bağlı bu ilin mart ayında “Oramed” ilə Hindistanın “Premas Biotech” şirkətinin birgə müəssisə yaradacağı elan edilmişdi.

Aztibb.az

Copyright © 2015 Institute of Information Technology of ANAS