AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Zoologiya İnstitutunun əməkdaşları Xınalıq kəndində tədqiqatlar aparıblar
Jul 26, 2021 | 12:00 / Important events
Read 280 times

AMEA-nın Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının əməkdaşları - böyük elmi işçi, biologiya üzrə fəlsəfə doktoru Esmira Məmmədrzayeva və elmi işçi, doktorant Leyla Həsənova 13-22 iyul tarixlərində Quba rayonunda ekspedisiyada olublar.

Ekspedisiya müddətində Quba rayonunun Xınalıq kəndi ərazisindəki otlaq sahələri, dağlıqlar və dağlıq qayalıqlar, o cümlədən çay vadilərinə baxış keçirilib, terioloji materiallar toplanılıb.

Əməkdaşlar mövzularına uyğun olaraq çöl siçanı növlərinə aid material toplayaraq, tədqiq etmək üçün laboratoriyaya gətiriblər.

www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS