AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Gənc alimin məqaləsi nüfuzlu beynəlxalq jurnalda nəşr olunub
Jul 15, 2021 | 12:00 / New publications
Read 381 times

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun aparıcı elmi işçisi, a.e.ü.f.d. Elton Məmmədovun Almaniya və Polşadan olan alimlərlə birgə “Qafqaz dağlarında torpaqların fiziki-kimyəvi göstəricilərinin yüksək dəqiqlikli məsafədən alınan məlumatlar əsasında modelləşdirilməsi və rəqəmsal xəritələşdirilməsi” mövzusunda məqaləsi yüksək nüfuzlu “Geoderma Regional” beynəlxalq elmi jurnalında nəşr olunub.

Tədqiqat işində torpaqların fiziki-kimyəvi göstəricilərini yüksək dəqiqlikli rəqəmsal relyef modeli və multispektral peyk məlumatları əsasında modelləşdirmək və rəqəmsal xəritələşdirmək üçün hibrid məkan modellərindən istifadə olunub. Tədqiqat nəticəsində məlum olub ki, tətbiq edilən hibrid modellər dağlıq ərazilərdə yüksək dəqiqlikli rəqəmsal torpaq xəritələşdirilməsində effektiv şəkildə istifadə oluna bilər. Dağlıq ərazilərin mürəkkəb relyef şəraitinə baxmayaraq, təklif olunan modellər lokal məkan əlaqələrini aşkar etməyə və qeyri-müəyyənlikləri modelləşdirməyə imkan verir. Tədqiqat işi beynəlxalq miqyasda dağlıq regionlarda yüksək dəqiqlikli rəqəmsal torpaq xəritələşdirilməsi sahəsində ilk təcrübələrdən biri hesab olunur və dağlıq ərazilərdə torpaq xəritələşdirilməsi işlərində külli miqdarda vəsaitə qənaət etməyə imkan verir.

Tədqiqat işinin nəticələri, həmçinin kənd təsərrüfatının inkişafı üçün mühüm töhfə ola bilər.

www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS