AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
“Sağlamlıq elmləri və innovasiyalar” mövzusunda IV beynəlxalq konqres başa çatıb
Jul 06, 2021 | 04:00 / Conferences, assemblies
Read 939 times

İyulun 5-də öz işinə başlayan “Sağlamlıq elmləri və innovasiyalar” mövzusunda IV beynəlxalq konqres (Uluslararası Sağlık Bilimleri ve İnovasyon Kongresi) bu gün başa çatıb.

“Zoom” platforması üzərindən baş tutan onlayn tədbirin təşkilatçıları Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD), AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və bölmənin strukturunda fəaliyyət göstərən Molekulyar Biologiya və Biotexnologiyalar, akademik Abdulla Qarayev adına Fiziologiya və Genetik Ehtiyatlar institutlarıdır.

Qeyd edək ki, konqresin fəxri sədri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, sədri AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovadır. Elmi-təşkilat komitəsinə akademik Cəmil Əliyev, akademik Əhliman Əmiraslanov və digər tanınmış alimlər daxildir.

Konqresin ilk günündə birinci seksiya üzrə 5, ikinci seksiya üzrə 4, üçüncü seksiya üzrə 5 zalda, tədbirin ikinci günündə isə birinci seksiya üzrə 5, ikinci seksiya üzrə isə 3 zalda Azərbaycan, Türkiyə, İspaniya, Pakistan, Rusiya, ABŞ və İsrail də daxil olmaqla 18 ölkəni təmsil edən 300-dən çox alim və mütəxəssisin məruzələri dinlənilib.

Məruzələrdə əhalinin sağlamlığı və təhlükəsizliyi məsələləri, onların həlli yolları kimi tibb elminin aktual problemlərinə toxunulub, təkliflər irəli sürülüb. Tibb elminin inkişafına real töhfələr verən məruzələr tədbir iştirakçıları tərəfindən böyük marağa səbəb olub. 

www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS