AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Dendrologiya İnstitutunun əməkdaşının məqaləsi Rusiya Elmlər Akademiyasının jurnalında çapdan çıxıb
Jun 25, 2021 | 12:05 / New publications
Read 340 times

AMEA-nın Dendrologiya İnstitutunun Sənaye əhəmiyyətli bitkilər laboratoriyasının elmi işçisi Güllü Əliyevanın tədqiqat işlərinin nəticəsini əks etdirən “Variations in leaf morphological and functional traits of Quercus castaneifolia C.A.Mey. (Fagaceae) in Azerbaijan” adlı məqaləsi Rusiya Elmlər Akademiyasının “Skvortsovia” (International Journal of Salicology and Plant Biology) jurnalında işıq üzü görüb.

Məqalədə Azərbaycanın müxtəlif bölgələrində (Hirkan Milli Parkı, Lənkəran düzənliyi və Abşeron) bitən Quercus castaneifolia populyasiyalarında populyasiyadaxili və populyasiyalararası müxtəlifliyi qiymətləndirmək üçün yarpaqlarının morfoloji və funksional əlamətlərinin variasiyasını və bu variasiyanın ətraf mühit şəraitinin, eləcə də coğrafi şəraitin dəyişməsi ilə əlaqəsi analiz edilib.

Təkölçülü və çoxölçülü analizlərdən istifadə edərək 3 populyasiyadan 30 ağacın 300 yarpağının morfoloji və funksional fərqi ölçülüb və təhlil olunub. Nəticədə müəyyənləşdirilib ki, yarpağın sahəsi, eni və perimetri kimi morfoloji parametrlər yağıntının illik miqdarının artması ilə azalıb. Yarpağın vahid sahəyə görə kütləsi, su tutumu, nisbi su tutumu və şirəlilik kimi nəmlik göstəriciləri isə yağıntının orta illik miqdarı və hündürlüklə müsbət, orta illik temperaturla mənfi korrelyativ əlaqə yaradır. Məqalə yarpaqların dəyişən mühit şəraitinə cavab olaraq yarpaq plastikliyinin adaptiv polimorfizmini ifadə edir.

www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS