
Fiziologiya İnstitutunun şöbələri hesabat verib
Jun 23, 2021 | 04:20 / Conferences, assemblies
Jun 23, 2021 | 04:20 / Conferences, assemblies
Read 918 times
AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İclasda giriş sözü ilə çıxış edən institutun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Daha sonra müəssisənin şöbələrinin və ona daxil olan laboratoriyaların 2021-ci ilin I yarımilliyi üzrə elmi və elmi-təşkilati fəaliyyətlərinə dair hesabatları dinlənilib.
Təqdim edilən hesabatların qənaətbəxş olduğu, alınan elmi nəticələrin beynəlxalq miqyasda tanınması üçün xarici nəşrlərdə məqalələrin çapına diqqət yetirilməsinin vacibliyi vurğulanıb.
www.science.gov.az