AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
İkili diplom proqramı üzrə doktorantın elmi nəticələri fransalı alimlər tərəfindən yüksək qiymətləndirilib
Jun 18, 2021 | 05:00 / Important events
Read 998 times

AMEA-nın və Fransanın Monpelye Universitetinin ikili diplom proqramı üzrə doktorantı, Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Səbinə Fərhadovanın “Kök hüceyrələrindən istifadə etməklə insan imprintinq xəstəliklərinin molekulyar etiologiyasının öyrənilməsi” mövzusunda onlayn elmi seminarı keçirilib.

Tədbiri açan AMEA-nın müxbir üzvü Zeynal Əkpərov akademiyanın Fransanın Monpelye Universiteti ilə doktorantura təhsili üzrə ikili diplom proqramının əhəmiyyətindən bəhs edib. Proqramın iştirakçısı Səbinə Fərhadovanın apardığı tədqiqatların gələcəkdə Azərbaycanda insan genetikası sahəsinin inkişafına ciddi təkan verəcəyini vurğulayıb.

Səbinə Fərhadova Fransada apardığı tədqiqat işləri ilə bağlı məruzə edib. Diqqətə çatdırıb ki, qısa müddət ərzində Fransada genomika, epigenetika və bioinformatikanın ən müasir üsullarını öyrənib. Hazırda 3D genom strukturunu öyrənən 4C (Chromosome conformation capture-on-chip) metodu vasitəsilə yaranan epimutasiyanin xromosomların təşkilinə necə təsir etdiyini araşdırır.

Səbinə Fərhadova qeyd edib ki, əldə etdiyi elmi nəticələr fransalı alimlər tərəfindən yüksək qiymətləndirilib. Fransalı alimlərlə birlikdə beynəlxalq məqalə üzərində işləyirlər.

Tədbirdə Səbinə Fərhadova seminar iştirakçılarının suallarını cavablandırıb.

www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS