AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Photo
Mikrobioloq alim Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib
Jun 16, 2021 | 10:00 / Conferences, assemblies
Read 888 times

AMEA-nın Mikrobiologiya İnstitutunun laboratoriya müdiri, b.e.d., dosent Könül Baxşəliyeva Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və “Beynəlxalq Qızıl Ulduz” medalı ilə təltif olunub.

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan təmsilçisi, prof. Elçin İsgəndərzadə akademiyaya üzvlük diplomunu və medalı alimə təqdim edib. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə, K.Baxşəliyevanın bu qurumun həqiqi üzvü seçildiyini və medala layiq görüldüyünü bildirib.

Qeyd edək ki, K.Baxşəliyeva Azərbaycanda bioloqlar arasında ən gənc elmlər doktorudur.

www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS