AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Mikrobiologiya İnstitutunda Beynəlxalq Qadınlar Günü qeyd olunub
Mar 05, 2021 | 06:30 / Conferences, assemblies
Read 975 times

AMEA-nın Mikrobiologiya İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan onlayn tədbir keçirilib.

Tədbiri müəssisənin direktor v.i.e., AMEA-nın müxbir üzvü Pənah Muradov açaraq kollektivin bütün qadın əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib, onlara uzun ömür, cansağlığı, fəaliyyətlərində uğurlar arzulayıb.  

Daha sonra Pənah Muradov bildirib ki, institutun elmi-ictimai fəaliyyətində aktiv iştirak edən iki qadın əməkdaşı - biologiya üzrə fəlsəfə doktoru, dosent Yamən Atakişiyeva və Kitabxana müdiri Yaylas Vəliyeva 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri fərmanı ilə təltif olunublar.

Tədbirdə digər çıxış edənlər də müəssisənin qadın əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıblar.

www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS