AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
MBBİ-nin əməkdaşlarının yeni monoqrafiyası işıq üzü görüb
Dec 24, 2020 | 05:22 / New publications
Read 1098 times

Ş.M.Bayramov, N.M.Quliyev və mərhum akademik C.Ə. Əliyevin həmmüəllifliyi ilə “Ali bitkilərdə karbonun ilkin assimilyasiyasının tənzimlənmə mexanizmləri” adlı kitab işıq üzü görüb.

Monoqrafiya karbonun ilkin assimilyasiyasinda istirak edən Kalvin-Benson tsikli fermentlərinin, eləcə də Rubiskokarboksilaza (RCA), fepkarboksilaza (PEPK-aza), NAD- və NADP-malat dehidrogenazalar və karboanhidrazaların (KA) bəzi taxıl növlərində və stres amillərinə davamlı bitkilərdə normal şəraitdə və abiotik stres amillərin təsirindən asılı olaraq tənzimlənmə mexanizmlərinin öyrənilməsinə həsr olunub.

Kitab bitki fiziologiyası, biokimyası və molekulyar biologiyası sahəsində çalışan tədqiqatçıların elmi-tədqiqat işlərində və eyni zamanda universitetlərin uyğun kafedralarında tədris vəsaiti kimi istifadə edilə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © 2015 Institute of Information Technology of ANAS