AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
“Molekulyar genetika” adlı dərs vəsaiti nəşr olunub
Dec 22, 2020 | 01:11 / New publications
Read 270 times

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları - professor Ramiz Əliyev, biologiya üzrə fəlsəfə doktorları Mehrac Abbasov və Validə Rəhimlinin həmmüəllifi olduğu “Molekulyar genetika” dərs vəsaiti çapdan çıxıb.

Müəssisənin Elmi şurasının qərarı ilə işıq üzü görən kitabda molekulyar genetikanın yaranma tarixi, prokariot və eukariotlarda genomun təşkili, DNT-nin replikasiyası, transkripsiya, translyasiya, eukariotlarda RNT sintezi və prosessinq, sitoplazmatik irsiyyət, gen mutasiyaları və onların reparasiyası, gen ekspressiyasının tənzimlənməsi və s. kimi fundamental problemlər haqqında ətraflı məlumat verilib, həmçinin gen mühəndisliyi, biotexnologiya və insan genomu barəsində ümumi informasiyalar yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © 2015 Institute of Information Technology of ANAS