AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Photo
Zoologiya İnstitutu üzümün ilk məhsulunu AMEA-nın elmi bölmələrinə paylayır
Sep 02, 2019 | 02:22 / Important events
Read 83 times

AMEA Zoologiya İnstitutunun Ağsu Təcrübə Dayaq məntəqəsində elmi-tədqiqat məqsədilə salınmış 1 ha üzüm bağında mütəxəssislər bitkinin zərərvericiləri, onların məhsuldarlığa təsiri və zərərvericilərə qarşı inteqrir mübarizə üzrə geniş araşdırmalar aparmış və Tətbiqi Zoologiya Mərkəzində çoxaldılmış bir sıra səmərəli entomofaqlardan bioloji mübarizə məqsədilə istifadə olunmuşdur.

Tədqiqat işlərinin nəticəsi olaraq bu il üzüm bağından ilk olaraq 10 tona yaxın məhsul əldə edilmişdir. AMEA Zoologiya İnstitutunun Elmi Şurası və Həmkarlar Təşkilatının birgə iclasında bu məhsulun AMEA-nın elmi bölmələrinə verilməsi qərara alınmışdır.  İlk olaraq 1,5 ton məhsul Fizika - Riyaziyyat və Texnika Elmləri Bölməsinə verilib.

 

© http://bteb.science.gov.az/

Copyright © 2015 Institute of Information Technology of ANAS