
Fev 21, 2023 | 05:00 / Konfranslar, iclaslar
Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) Biologiya, aqrar və tibb elmləri üzrə Problem şurasının növbəti iclası keçirilib.
AMEA-nın vitse-prezidenti, Problem şurasının sədri akademik İradə Hüseynova “Zoom” proqramı üzərindən keçirilən iclası açaraq gündəlikdə duran məsələlər haqqında şura iştirakçılarını məlumatlandırıb.
Tibb üzrə 7 dissertasiya mövzusu müzakirəyə çıxarılıb. Dissertasiya mövzuları tibb elmləri doktoru Rasim Cəfərli tərəfindən təqdim edilib.
Müzakirələrdə problem şurasının, işçi qruplarının üzvləri, eləcə də iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri də iştirak ediblər.
Müzakirəyə çıxarılmış bəzi mövzuların adında dəyişikliklər edilməklə 6 iş müsbət qiymətləndirilərək qeydiyyata alınıb, iddiaçının iştirak etməməsi səbəbindən 1 işə baxılması təxirə salınıb.