Botanika İnstitutu “Səninləyəm, Türkiyə!” yardım kampaniyasına qoşulub
Fev 08, 2023 | 06:00 / Mühüm hadisələr
Fev 08, 2023 | 06:00 / Mühüm hadisələr
Oxunub 78 dəfə
Fevralın 6-sı səhər saatlarında Türkiyədə baş verən və genişmiqyaslı dağıntılara, çoxsaylı insan tələfatına səbəb olan zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Elm və Təhsil Nazirliyi Botanika İnstitutu da “Səninləyəm, Türkiyə!” yardım kampaniyasına qoşulub.
Yardım üçün vəsaitin toplanması davam edir. Botanika İnstitutunun kollektivi həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir.