AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları Türkiyədə ezamiyyətdə olublar
Yan 09, 2023 | 04:00 / Mühüm hadisələr
Oxunub 185 dəfə

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının əməkdaşları aparıcı elmi işçilər, b.ü.f.d. Samirə Rüstəmova, b.ü.f.d. Nərgiz Sultanova və elmi işçi Turanə İsgəndərova Türkiyənin İstanbul şəhərində yerləşən “Ardi Medikal Research and Diagnostics Co.” tədqiqat mərkəzində elmi ezamiyyətdə olublar.

Alimlər sözügedən mərkəzdə “BMC MİC” qPCR cihazının iş prinsipini və istifadəsinin praktiki mənimsənilməsini öyrənmək məqsədilə təcrübə keçiblər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015