AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Botanika İnstitutunun əməkdaşı İsveçrədə ezamiyyətdə olub
Dek 16, 2022 | 03:00 / Mühüm hadisələr
Oxunub 107 dəfə

Botanika İnstitutunun Mikologiya şöbəsinin müdiri, b.e.d. Dilzarə Ağayeva İsveçrədə elmi ezamiyyətdə olub.

Səfər İsveçrənin Federal Meşə, Qar və Landşaft Tədqiqatları İnstitutunun (WSL) Meşə Sağlamlığı və Biotik Qarşılıqlı Əlaqələr şöbəsinin müdiri, Dr. Simone Prospero tərəfindən rəsmi dəvət əsasında baş tutub.

İnstitut dünyada müasir laboratoriyaları və yüksəkixtisaslı kadrları ilə tanınır. Burada aparılan tədqiqatlar meşələrin, landşaftların, biomüxtəlifliyin, təbii təhlükələrin, qar və buzların vəziyyətini, inkişafını müşahidə etmək, aktual problemlər üçün davamlı həll yolları hazırlamaqdan ibarətdir.

Səfər müddətində Azərbaycanda meşə ağaclarından toplanaraq kulturaya çıxarılmış bir sıra mikroskopik və makroskopik göbələk nümunələrinin eksperimental tədqiqi aparılıb. Bundan əlavə, İsveçrədəki həmkarlarla mikologiya sahəsi üzrə müştərək tədqiqatların aparılması, beynəlxalq layihələrdə birgə fəaliyyət və fəlsəfə doktoru proqramı üzrə təhsil alan tələbələrin müasir metodlara yiyələnməsi üçün qısa müddətli səfərlərin mümkünlüyü razılaşdırılıb. Həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) bu ilin sonunda Azərbaycanda şabalıd ağaclarının quruması ilə əlaqədar başlatdığı layihə üzrə müzakirələr aparılıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015