Gənc alim İtaliyada tədqiqatlar aparır
Dek 19, 2022 | 10:00 / Mühüm hadisələr
Dek 19, 2022 | 10:00 / Mühüm hadisələr
Oxunub 108 dəfə
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Naimə Niyazova İtaliya Milli Tədqiqat Şurasının (CNR) Davamlı Bitki Mühafizəsi İnstitutunun Florensiya Tədqiqat Bölməsində dissertasiya mövzusu üzrə tədqiqatlarını davam etdirir.
Quraqlıq və virus streslərinin kombinə olunmuş təsirinə məruz qalmış və biostimulyator kimi mikroorqanizm ekstraktı ilə işlənmiş yerli və İtaliya mənşəli tomat sortlarında stresə davamlılığın qiymətləndirilməsi məqsədilə molekulyar və biokimyəvi səviyyələrdə analizlər aparılır.