AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Botanika İnstitutunun alimləri hesabat verib
Noy 05, 2022 | 12:57 / Konfranslar, iclaslar
Oxunub 129 dəfə

AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası giriş sözləri açan institutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verib.

Gündəliyə uyğun olaraq Sistematika və biomüxtəliflik şöbəsinin, Ali bitkilərin sistematikası və coğrafiyası laboratoriyasının, Alqologiya və lixenobriologiya laboratoriyasının, Herbari şöbəsinin və Mikologiya şöbəsininin elmi-tədqiqat işləri üzrə illik hesabatları dinlənilib. Müəyyən ardıcıllıqla b.e.d. Aydın Əsgərov, b.ü.f.d., Rəşad Səlimov, b.ü.f.d. Şəkər Muxtarova, b.ü.f.d. Pəravnə Qaraxani və b.e.d. Dilzarə Ağayeva 2022-ci ildə aparılan elmi-tədqiqat işlərinin nəticələrinə dair təqdimatla çıxış ediblər.

Məruzəçilər cari ildə aparılmış elmi tədqiqatlar, onların əsas nəticələri, çap olunmuş elmi əsərlər, istinadların sayı, kadr hazırlığı, laboratoriya əməkdaşlarının yerli və xarici elmi tədbirlərdə iştirakı və sosial sferada fəaliyyəti haqqında ətraflı məlumat veriblər.

Məruzələr ətrafında yaranan suallar cavablandırılıb və geniş müzakirələr aparılıb.

Sonda hesabatlar yekdilliklə qəbul edilib.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015