AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Bu gün üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda əzəmətlə dalğalanmaqdadır
Noy 05, 2022 | 04:02 / Konfranslar, iclaslar
Oxunub 141 dəfə

AR Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İradə Hüseynova bütün kollektivi Zəfər Günü münasibətilə təbrik edib. O qeyd edib ki, sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı zəfəri və torpalarımızın düşmən işğalından azad edilməsi ilə nəticələnib, tarixi ədalət bərpa olunub.

Akademik İradə Hüseynova bildirib ki, məhz Ulu Öndərimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı bu qələbənin labüdlüyü üçün zəmin yaradıb: “Ulu öndərin şah əsəri olan, Azərbaycanın hər bir sahədə inkişafına nail olan və onu daha da təkmilləşdirən Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi, dövlətin xalq və ordu ilə birliyi Azərbaycanın Vətən müharibəsindən qalib kimi çıxmasını təmin edib. Ali Baş Komandan bir daha bütün dünyaya sübut edib ki, heç bir qüvvə Azərbaycanı haqq yolundan döndərə bilməz. Bu gün üçrəngli bayrağımız ölkəmizin hər yerində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır. Vətən müharibəsində Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərib. Düşmənin 30 il ərzində milyonlarla vəsait sərf edərək qurduğu nəhəng istehkamlar qısa müddətdə darmadağın edilib, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək olub. Artıq qələbəmizin ikinci ildönümüdür. Bu günlər ərzində biz şəhidlərimizi və onların doğmalarını heç vaxt unutmadıq və unutmarıq! Bizim kollektivdə də ailə üzvlərinin arasında Vətən müharibəsində şəhid və qazi olanlar var. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzu edirik”.

Tədbirdə AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Novruz Quliyev, İlham Şahmuradov, şəhid Aslan Rzayevin bacısı Firuzə Rzayeva, qazi Arif Cəbrayılovun anası, b.ü.f.d. Mayaxanım Xanışova, Birinci Qarabağ müharibəsinin iştrakçıları b.ü.f.d. Nürməmməd Mustafayev və Mikayıl Paşayev çıxış edərək tədbir iştirakçılarını Azərbaycan xalqının tarixində şanlı səhifə olan Zəfər Günü münasibətilə təbrik ediblər.

İnstitutun əməkdaşı Fatma Abdullayeva qardaşı - Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı, peşəkar zabitlərin hazırlanmasında öz bilik və təcrübəsini əsirgəməyən və zəfərin əldə olunmasında yaxından iştirak edən polkovnik Yaşar Kərimovun qələmə aldığı “Zəfərə gedən yol” adlı kitabı akademik İradə Hüseynovaya təqdim edib.

Daha sonra tədbirdə Zəfər Gününə həsr olunmuş film nümayiş etdirilib.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015