AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Mikrobiologiya İnstitutu ilə Özbəkistanın Mikrobiologiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb
Noy 10, 2022 | 03:00 / Mühüm hadisələr
Oxunub 142 dəfə

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutu ilə Özbəkistan Respublikasının Elmlər Akademiyasının Mikrobiologiya İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Sənədi Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov və Özbəkistan Respublikasının EA-nın Mikrobiologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor K.Davranov imzalayıblar.

İmzalanan memorandum çərçivəsində birlikdə hər iki ölkə üçün aktual sayılan mikrobiologiya elminin müxtəlif sahələrində birgə tədqiqat işlərinin aparılması, elmi tədbirlərin keçirilməsi, kadr hazırlığı və digər  sahələrdə əməkdaşlığın qurulması nəzərdə tutulur.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015