AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
“ZVD metal koordinasiya analizi üçün üsulların inkişafı” mövzusunda seminar keçirilib
Noy 15, 2022 | 12:10 / Konfranslar, iclaslar
Oxunub 46 dəfə

AR Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Hesablama struktur biologiyası laboratoriyasının elmi işçisi Kave Babainin “ZVD metal koordinasiya analizi üçün üsulların inkişafı” mövzusunda seminarı keçirilib.

Məruzəçi qeyd edib ki, makromolekulyar strukturların təyin edilməsi kimyanın ən mühüm və çətin problemlərindən biridir. Birləşmələrin strukturunun məlum olması onun xassələrini qabaqcadan bilməyə imkan verir. Bu sahədə qarşıya çıxan problemlərdən biri elektron mikroskoplarının yüksək dəqiqliyə malik məlumatların alınması baxımından mükəmməl olmamasıdır. Tədqiqatçı, həmçinin alqoritmlərin optimallaşdırılması və analizlərin aparılması zamanı əl əməyinin azaldılması istiqamətində işlərin nəzərdə tutulduğunu vurğulayıb.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015