AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Fiziologiya İnstitutunun laboratoriyalarının 2022-ci il üzrə hesabat iclası keçirilib
Noy 15, 2022 | 01:00 / Konfranslar, iclaslar
Oxunub 53 dəfə

AR Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda fəaliyyət göstərən laboratoriyaların 2022-ci ildəki elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.

İnstitutun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimovanın sədrliyi altında keçən iclasda Kliniki neyrofiziologiya (lab. rəhbəri t.e.d., prof. Əli Allahverdiyev) və Bioloji fəal maddələrin farmakologiyası (lab. rəhbəri b.ü.f.d. Xanağa Babayev) laboratoriyalarının 2022-ci il üçün elmi-təşkilati fəaliyyəti haqqında hesabatları dinlənilib.

Laboratoriya rəhbərləri və icraçılar cari ildə apardıqları elmi tədqiqat işləri və alınan nəticələr, nəşriyyat fəaliyyəti, elmi forumlarda iştirak və çıxışlar, kadr hazırlığı, elmi əlaqələr və əməkdaşlıq haqqında ətraflı məlumat veriblər.

Sonda hesabatlar ətrafında geniş müzakirələr aparılıb, təkliflər dinlənilib və laboratoriyaların 2022-ci il üçün illik hesabatları qəbul edilib.

 www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015