AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
MBBİ-də “İnsanın genetik identifikasiyası və pasportlaşdırma problemləri” mövzusunda təcrübə kursuna start verilib
Okt 27, 2022 | 10:08 / Mühüm hadisələr
Oxunub 159 dəfə

Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr üçün “İnsanın genetik identifikasiyası və pasportlaşdırma problemləri” mövzusunda təcrübə kursuna başlanılıb.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İradə Hüseynova iştirakçıları salamlayaraq bu sahədə aparılan tədqiqat işlərinin elmi və tətbiqi əhəmiyyətindən söhbət açıb. Alim belə kursların təşkilinin gənclərin elmə cəlb olunmasında, elm-təhsil əlaqələrinin genişlənməsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd olunub ki, üç gün müddətində davam edəcək təcrübə kursunda gənclərə həm nəzəri məlumatlar veriləcək, həm də təcrübələrdə iştirak təmin olunacaq.

Kursun ilk günündə institutun Populyasiya genomiksi laboratoriyasının müdiri b.ü.f.d., dosent Nurməmməd Mustafayev “Şəxsiyyətin identifikasiyası: yaranma tarixi, əhəmiyyəti və tətbiqi aspektləri” mövzusunda, laboratoriyanın kiçik elmi işçisi Zərintac Rüstəmova isə “İnsan təkamülünün tədqiqində antik DNT-nin rolu” mövzularında mühazirələr oxuyublar.

Praktiki hissədə tələbələr ilkin olaraq laboratoriyada təhlükəsizlik qaydaları və cihazların iş prinsipi ilə tanış olublar, həmçinin onlara genom DNT-sinin ekstraksiyası prosesi göstərilib.

Qeyd edək ki, kurs növbəti günlərdə də davam etdiriləcək.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015