AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Zoologiya İnstitutunun Elmi şurasında laboratoriyaların illik hesabatları dinlənilib
Noy 03, 2022 | 02:25 / Konfranslar, iclaslar
Oxunub 190 dəfə

AR Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası giriş sözləri açan institutun direktor vəzifəsini icra edən, a.e.ü.f.d., dosent Ələddin Eyvazov gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verib.

İclasda Protozoologiya, Parazit-sahib münasibətlərinin biokimyası və Parazitologiya laboratoriyalarının illik hesabatları dinlənilib. Müvafiq ardıcıllıqla laboratoriya müdirləri AMEA-nın müxbir üzvü İlham Ələkbərov, icraçı direktor, b.e.d., dosent Elşad Əhmədov və b.ü.f.d., dosent Reyhan İbrahimova cari ildə aparılmış elmi tədqiqatlar, onların əsas nəticələri, çap olunmuş elmi əsərlər, istinadların sayı, kadr hazırlığı, laboratoriya əməkdaşlarının yerli və xarici elmi tədbirlərdə iştirakı və sosial sferada fəaliyyəti haqqında ətraflı məlumat veriblər.

Hesabatlar haqqında çıxış edən institutun icraçı direktoru, b.e.d., dosent Elşad Əhmədov, biologiya üzrə fəlsəfə doktorları Təvəkkül İsgəndərov və Barat Əhmədov hər üç laboratoriyanın fəaliyyətini qənaətbəxş hesab ediblər.

Sonda müzakirələr aparılıb, təkliflər verilib və müvafiq qərarlar qəbul edilib.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015