AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
MBBİ əməkdaşlarının məqaləsi nüfuzlu “Agronomy” jurnalında dərc olunub
Okt 19, 2022 | 03:45 / Yeni nəşrlər
Oxunub 166 dəfə

AR Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) əməkdaşlarının Çexiya, Slovakiya, Səudiyyə Ərəbistanı, Misir və Banqladeşdən olan alimlərlə birlikdə apardıqları tədqiqatlarının nəticəsi nüfuzlu “Agronomy” jurnalında (ISSN 2073-4395, IF 3.949) nəşr edilib.

İnstitutun Xloroplastların fotokimyası laboratoriyasının aparıcı elmi işçisi , b.ü.f.d. Ülkər İbrahimova, Genomun quruluşu və ekspressiyası laboratoriyasının müdiri, b.ü.f.d. Ələmdar Məmmədov və həmin laboratoriyanın aparıcı elmi işçisi, b.ü.f.d. Zərifə Süleymanovanın həmmüəllif olduqları məqalə “Duz stresinə adaptasiya mexanizmlərinin iki yumşaq buğda (Triticum aestivum L.) genotipində qiymətləndirilməsi” adlanır.

Məqaləyə baxış sayının çox olmasına və çoxsaylı  yükləmələrə görə, jurnalın baş redaktoru Niki Syuy Ülkər İbrahimovaya təbrik məktubu ünvanlayıb. Niki Syuy alimlərimiz ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini və əlaqələrin davamlı olmasını arzuladığını bildirib.  

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015