Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kollektivi II Şəhidlər xiyabanını ziyarət edib
Sen 27, 2022 | 04:10 / Mühüm hadisələr
Sen 27, 2022 | 04:10 / Mühüm hadisələr
Oxunub 218 dəfə
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kollektivi II Şəhidlər xiyabanını ziyarət ediblər.
İnstitutun baş direktoru, akademik İradə Hüseynova və institutun əməkdaşları Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, şəhidlərin ruhuna dualar oxuyub, məzarlarının üzərinə çiçəklər düzüblər. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun, I Qarabağ müharibəsi şəhidlərinin də məzarı ziyarət edilib.