AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Azərbaycanlı alim İslam İnkişaf Bankının təqaüdü ilə Ankara Universitetində tədqiqatlar aparıb
Sen 01, 2022 | 05:00 / Mühüm hadisələr
Oxunub 30 dəfə

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Səmra Mirzəyeva İslam İnkişaf Bankının (İSDB) “Postdok” tədqiqat müsabiqəsinin qalibi kimi Türkiyə Respublikasının Ankara Universitetində elmi ezamiyyədə olub.

S.Mirzəyeva 4 ay müddətində tomat bitkisinin biotik və abiotik streslərə davamlılığının molekulyar-genetik mexanizmlərinin öyrənilməsi istiqamətində tədqiqatlar aparıb. Tədqiqat obyekti olaraq, virusa qarşı həssas Money Maker və yerli sortlardan isə Yeganə və Şəlalə sortları götürülüb,  xarici və yerli tomat sortlarının biotik və abiotik streslərə kompleks cavab reaksiyaları müqayisəli analiz edilib. DNT və RNT genomlu virus infeksiyalarından olan TYLCV (Tomato Yellow Leaf Curl Virus) və ToCV (Tomato Chlorosis Virus) ilə yoluxdurulmuş bitki nümunələrində viruslar duplex PCR və nested PCR metodları ilə deteksiya edildikdən sonra qReal-Time PCR metodundan istifadə etməklə quraqlıq stresinə məruz qalmış bitkilərdə genlərin ekspressiyasına baxılıb, tomat bitkisində patogenlə əlaqəli olan cellulose-synthase like tip genlər müqayisəli analiz edilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015