AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Bioloq alim Azərbaycan Televiziyasına müsahibə verib
Sen 01, 2022 | 03:00 / Mühüm hadisələr
Oxunub 31 dəfə

Dendrologiya İnstitunun əməkdaşı biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova Azərbaycan Televiziyasına müsahibə verib.

Alim bildirib ki, Mərdəkan qəsəbəsində yerləşən sözügedən ərazi 1895-1920-ci illərdə mesenat və neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağı olub. Diqqətə çatdırılıb ki, Murtuza Muxtarovun evi “kotik” üslubunda gəmi formasında layihələndirilib. Divarların eni 1 metr, hündürlüyü isə 8 metrdən ibarətdir. Binaların eyvanı hər yandan gəmi kayutasını xatırladır.

Dendrologiya bağının  bitki və ağac növlərinin ümumi miqdarına və yaş tərkibinə görə ən yaxşı dünya kolleksiyalarından hesab olunduğunu qeyd edən alim burada bitən flora növlərinin sayına və yaşına görə dünyanın ən zəngin kolleksiyaları səviyyəsində olduğunu vurğulayıb.

Reportajda antropogen təsirlər nəticəsində nəsli kəsilməkdə olan nadir endemik bitki nümunələri ilə yanaşı, bağda becərilən yüzlərlə ağac növləri və ərazinin tarixi abidələri haqqında məlumat yer alıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015