AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Zoologiya İnstitutunun əməkdaşları ekspedisiyada olublar
Avg 18, 2022 | 04:53 / Mühüm hadisələr
Oxunub 172 dəfə

Zoologiya İnstitutunun Quru onurğasızları laboratoriyasının əməkdaşları biologiya elmləri doktoru, dosent Natalya Sneqovaya, biologiya üzrə fəlsəfə doktorları Gülər Hüseynzadə, Ellada Hüseynova və İlhamə Kərimova Naxçıvan Muxtar Respublikası, Kür-Araz ovalığı, Şəki, Zaqatala, Balakən, Siyəzən, Şabran, Abşeron yarımadası, Qobustan, Xızı, Altıağac rayonlarında ekspedisiyada olublar. Ekspedisiya müddətində əsasən “Azərbaycan Respublikasının Qırmızı kitabı”na daxil edilmiş həşərat növlərinin monitorinqi həyata keçirilib.

Ekspedisiya müddətində Alp rozaliyası, döşüdişli uzunbığ, qəşəng böcək, fərat çapağanı, qırmızı nöqtəli ayıca barəsində yeni ekoloji məlumatlar əldə edilib.

 www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015