AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Genetik Ehtiyatlar İnstitutunda pakistanlı alimlərlə görüş keçirilib
Avg 23, 2022 | 12:07 / Görüşlər
Oxunub 31 dəfə

Genetik Ehtiyatlar İnstitutunda (GEİ) Pakistan Molekulyar Biologiya Mükəmməllik Mərkəzinin direktoru, professor Kausar Maliki, həmin mərkəzin əməkdaşları – Abdul Qayyum və Allah Bakhshı, İslam İnkişaf Bankının nümayəndələri Ahmed Faruk Diken və Lalə Yusifova ilə görüş keçirilib.

Müəssisənin baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovla görüşdə pakistanlı alimlərlə birgə hazırlanmış layihə müzakirə edilib. Həmçinin əməkdaşlığın daha da genişləndirilməsi, molekulyar genetika, genomika, tibbi genetika və digər istiqamətlərdə yeni layihələrin işlənilməsi, eləcə də birgə yüksəkixtisaslı kadrların hazırlanmasına dair fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar institutun molekulyar genetika və genomika, milli genbank və texniki bitkilər şöbələrinin elmi-tədqiqat laboratoriyaları ilə tanış olub, İslam İnkişaf Bankına təqdim olunmuş layihənin qiymətləndirmə missiyası çərçivəsində müzakirələr və təhlillər aparıblar.

Görüşdə GEİ-nin icraçı direktoru, dosent Mehrac Abbasov, Texniki bitkilər şöbəsinin müdiri, dosent Ruhəngiz Məmmədova və digər mütəxəssislər də iştirak ediblər.

Qeyd edək ki, pakistanlı alimlərin işgüzar səfəri avqustun 26-dək davam edəcək.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015