AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
MBBİ-nin əməkdaşlarının COVİD-19 xəstəliyində ACE geninin polimorfizminə həsr edilmiş məqaləsi çap olunub
Avg 08, 2022 | 10:10 / Mühüm hadisələr
Oxunub 167 dəfə

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) əməkdaşları AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, b.ü.f.d. Nurməmməd Mustafayev və Gülmirə Əlibəyovanın müəllifliyi ilə “Роль синергической связи ACE I/D и ACE2 G8790A полиморфизмов в этиологии CoVID-19” adlı məqalə “Endless Light in Science” beynəlxalq elmi-praktiki (SJIF ~5.5; ISI ~0.172) dərc olunub.

Məqalə COVID-19-un invaziyasında mühüm rol oynayan angiotenzin çevirən fermentlərin genlərində (ACE və ACE2) baş verən indel və SNP tip mutasiyalarla (uyğun olaraq ACE I/D və ACE2 G/A) xarakterizə olunan polimorfizmlərinin tədqiqinə həsr olunub. Bundan başqa COVID-19-un etiologiyasında bu mutasiyaların sinergik rolunun, həmçinin xəstəliyin gedişat dərəcəsi/xəstəliyə həssalıq ilə bu genlərin mutant allel variantları/genotipləri arasında mümkün korrealyasiya əlaqəsinin aşkarlanmasına da cəhd edilib. Müəyyən edilib ki, xəstələnən insanlar arasında homoziqot DD və AA genotiplərinin daşıyıcıları xəstələnməmiş insanlara nisbətən uyğun olaraq 1,44 və 3,2 dəfə çoxdur. Son dərəcə ağır və ağır gedişatlı xəstələrin əksəriyyəti bu genlərdən ya birinin, ya da hər ikisinin  mutant allellərinin homozigot genotiplərinin (DD+GG, II+AA, ID+AA, DD+AA) daşıyıcıları olublar. Statistik parametrlərin təhlili göstərir ki, şanslar nisbəti (odds ratio, OR) və nisbi risk (relative risk, RR) həm D alleli, həm də A alleli üçün vahiddən böyükdür, lakin statistik əhəmiyyətli korrelyasiya yalnız D alleli üçün müşahidə olunub (Р=0,0480). OR və RR dəyərləri mutant homozigot DD və AA genotipləri üçün də kifayət qədər yüksək olsa da, yalnız AA genotipi üçün əhəmiyyətli korrelyasiya aşkar edilib (P=0,0052). Koronavirus infeksiyasına qarşı həssaslıq/insidentlik və genetik modellər arasındakı əlaqəni qiymətləndirərkən aydın ifadə olunan və əhəmiyyətli əlaqələr aşkar edilməyib.

Tədqiqat işi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun qrantı (EIF-GAT-5-2020-3(37)-12/09/3-M-09) çərçivəsində həyata keçirilib.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015