AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Dendrologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib
İyl 08, 2022 | 10:43 / Konfranslar, iclaslar
Oxunub 304 dəfə

Dendrologiya İnstitutunda 2022-ci ilin I yarısında aparılan elmi-tədqiqat işləri və alınan nəticələr haqqında Elmi şuranın növbəti iclası keçirilib.

Dendrologiya İnstitutunun baş direktor v.i.e., b.ü.f.d., Samirə Bağırovanın sədrliyi ilə keçirilən iclasda institutun şöbə və laboratoriyalarında yerinə yetirilən elmi tədqiqat işlərinin cari ildə yarım illik hesabatlarının müzakirəsi aparılıb.

İnstitutda fəaliyyət göstərən 8 laboratoriya və 7 şöbənin müdirləri rəhbərlik etdikləri laboratoriyaların elmi və elmi-pedaqoji fəaliyyəti, kadr hazırlığı, nəşr işləri, ezamiyyə və monitorinqlər haqqında geniş məlumat verib. Aparılan işlər, mövcud problemlər ətraflı müzakirə olunub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015