AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları Qobustanda təcrübə sahəsində olublar
İyl 07, 2022 | 12:00 / Mühüm hadisələr
Oxunub 307 dəfə

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçiləri Tofiq Allahverdiyev və Samirə Rüstəmova, elmi işçi Turanə İsgəndərova, Hüceyrənin membran sistemləri laboratoriyasının aparıcı elmi işçisi Durna Əliyeva və Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının aparıcı elmi işçisi Ulduzə Qurbanova Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında (BTS) elmi ezamiyyətdə olublar.

Əməkdaşlar tərəfindən təcrübə stansiyasının sahələrində gedən taxıl biçini prosesi izlənilib, tədqiq olunmuş buğda sortlarının və hibridlərinin məhsuldarlığı qiymətləndirilib, bitki nümunələrinin aqronomik əlamətləri öyrənilib. Stansiyanın direktoru, biologiya üzrə fəlsəfə doktoru Atabəy Cahangirov burada həyata keçirilən elmi-tədqiqat işləri, alimlər tərəfindən dəmyə şəraiti üçün yaradılmış “Qobustan”, “Ruzi 84”, “Baba 75” və s. buğda sortlarının əkin sahələri barədə institut əməkdaşlarına ətraflı məlumat verib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015