AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Botanika İnstitutunun gənc mütəxəssisi Pakistanda ezamiyyətdə olub
İyl 04, 2022 | 03:00 / Mühüm hadisələr
Oxunub 308 dəfə

AMEA-nın Botanika İnstitutunun Mikologiya laboratoriyasının böyük laborantı Yaqut Yusifova “COMSTECH consortium excellence scholarship” proqramı çərçivəsində Pakistanın Karaçi Universitetinə olan ezamiyyətini başa vurub.

Y.Yusifova ezamiyyət  müddətində “Ksilotrof dərman əhəmiyyətli göbələklərin tədqiqi” layihəsi üzrə tədqiqatlar aparıb. Karaçi Universitetinin Biotransformasiya laboratoriyasında Dr. Atia-tul-Vahabın rəhbərliyi ilə aparılan tədqiqatlar zamanı gənc tədqiqatçı göbələk növlərinin tərkibindəki bioloji fəal maddələri və onların antifungal, antimikrob aktivliyini tədqiq edib, həmçinin Nazik təbəqəli xromatoqrafiya (TLC), Yüksək performanslı maye xromatoqrafiya (HPLC), NMR və Mass xromotoqrafiya metodlarını mənimsəyib.

Y.Yusifova ezamiyyət müddətində 2 beynəlxalq simpozium, 1 beynəlxalq konfrans və 1 beynəlxalq seminarda da iştirak edib. O, Karaçi Universitetinin təşkilatçılığı ilə keçirilən Təbii Məhsullar Kimyası adlı 15-ci beynəlxalq simpoziuma “Yabanı bitən göbələklərin bioloji aktiv maddələri” mövzusunda poster məruzə ilə qatılıb. Həmçinin İslamabad şəhərində COMSTECH-in təşkilatçılığı ilə keçirilən “Gələcək dünya üçün rəqəmsal texnologiyalar” üzrə beynəlxalq simpoziumun iştirakçısı olub. Xayrpur şəhərində Şah Abdul Latif Universitetinin təşkil etdiyi beynəlxalq konfransda isə “Yabanı göbələklərin bioloji aktiv maddələrinin TLC ilə ilkin qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib.

Y.Yusifova Pakistanın PTV adlı dövlət kanalının “Omar Khalid Butt ilə diplomatik görüşlər” verlişində qonaq qismində iştrak edərək apardığı tədqiqatlar barədə də danışıb.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015