
MBBİ-nin əməkdaşı beynəlxalq konfransda iştirak edib
İyn 22, 2022 | 05:00 / Mühüm hadisələr
İyn 22, 2022 | 05:00 / Mühüm hadisələr
Oxunub 261 dəfə
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Xloroplastların fotokimyası laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Ülkər İbrahimova “Biosistemin fəaliyyətinin molekulyar, membran və hüceyrə əsasları” mövzusunda beynəlxalq elmi konfransda və Belarus Fotobioloqları və Biofizikləri İctimai Birliyinin XV qurultayında iştirak edib.
Ü.İbrahimovanın “Triticum aestivum L. genotiplərinin bəzi fizioloji və biokimyəvi parametrlərinə NaCl-in təsiri” mövzusunda çıxışı konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
www.science.gov.az