AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
MBBİ-nin əməkdaşları buğda sortlarının məhsuldarlığını qiymətləndiriblər
İyn 29, 2022 | 03:00 / Mühüm hadisələr
Oxunub 266 dəfə

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Xloroplastların fotokimyası laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov, böyük elmi işçi, biologiya üzrə fəlsəfə doktoru Mayaxanım Xanışova və elmi işçi Könül Tağıyeva Genetik Ehtiyatlar İnstitutunun Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən Qarabağ Elmi-Tədqiqat Bazasında ezamiyyətdə olublar. 

Ezamiyyə zamanı Qarabağ Elmi-Tədqiqat Bazasında əkilmiş buğda sortlarının və  hibridlərinin məhsuldarlığı qiymətləndirilib, həm valideyn, həm də F4 nəsil hibrid formalardan sünbülün struktur elementlərini analiz etmək üçün nümunələr götürülüb.

Həmçinin Botanika İnstitutunun Kürdəmir təcrübə sahəsində şoran torpaqlarda əkilmiş buğda sortları və hibridlərinin sünbülləri analiz üçün toplanıb.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015