AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
MBBİ-nin əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
İyn 16, 2022 | 11:30 / Mühüm hadisələr
Oxunub 32 dəfə

15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb. Bu bayram münasibətilə AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova və institutun əməkdaşları Fəxri xiyabanı ziyarət edib.

Müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsi dərin hörmət və ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Akademik Zərifə Əliyeva və akademik Cəlal Əliyevin məzarları da ehtiramla yad olunub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015