AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Botanika İnstitutunda Milli Qurtuluş Günü qeyd olunub
İyn 16, 2022 | 11:00 / Konfranslar, iclaslar
Oxunub 28 dəfə

AMEA-nın Botanika İnstitutunda 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri institutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva açaraq Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu qeyd edib. Bildirib ki,  1993-cü ildə Azərbaycanın xilası yolunda fədakarlıq nümunəsi göstərən Ulu Öndər Heydər Əliyev xalqın təkidi və tələbi ilə yenidən hakimiyyətə gələrək ölkəmizi çətin vəziyyətdən çıxarmağa müvəffəq olub. Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyulub, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas edilib. Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Hazırda həmin siyasət Prezident İlham Əliyev tərəfindən inam və qətiyyətlə davam etdirilir.

İnstitutun icraçı direktoru, b.e.d., Şakir Qasımov isə çıxışında 1993-cü il iyunun 15-dən ötən dövrdə Azərbaycanın keçdiyi inkişaf yolundan, əldə olunan uğurlardan danışıb. Alim bildirib ki, Ulu Öndər Heydər Əliyevin ictimai, siyasi, iqtisadi və mədəni həyatımızla bağlı ideyaları artıq Azərbaycanın gerçəkliyinə çevrilib. Ümummilli Liderin müəyyən etdiyi müdrik siyasi kurs və strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz sürətlə inkişaf edir.

Tədbirdə institutun Həmkarlar Komitəsinin sədri, b.ü.f.d. Şəkər Muxtarova, elmi katibi, b.ü.f.d. Xuraman Xəlilova və digər çıxış edənlər Milli Qurtuluş Gününün ictimai-siyasi, tarixi əhəmiyyətindən danışıblar.

 www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015