AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Botanika İnstitutunun əməkdaşı beynəlxalq konqresdə iştirak edib
İyn 01, 2022 | 11:00 / Mühüm hadisələr
Oxunub 446 dəfə

AMEA-nın Botanika İnstitutunun Mikologiya şöbəsinin kiçik elmi işçisi, 3-cü kurs dissertant Aytac Əliməmmədova Tükiyənin Samsun şəhərində İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD) tərəfindən “İnnovativ elmi yanaşmalar” üzrə VII Beynəlxalq Konqresdə iştirak edib.

Konqresə dəqiq və humanitar elmlərin müxtəlif sahələrindən (dil, ədəbiyyat, tarix, din elmləri, iqtisadiyyat, hüquq, politologiya, təbiət elmləri, coğrafiya, təhsil elmləri, tarix, fəlsəfə, psixologiya, səhiyyə emləri və s.) elmi tədqiqatlar təqdim edilib. Tədbirdə dünyanın bir sıra ölkələrindən akademik, alim və elm adamları bir araya gələrək maraqlı məruzələrlə çıxış edib, aktual məsələ və problemləri ələ almaqla onlara həll yolları təklif olunub, fikir və təcrübələr paylaşılıb.

A.Əliməmmədova tədbirə onlayn qoşularaq “Azərbaycanın Quba rayonunun makrogöbələkləri” mövzusunda ingilis dilində çıxış edib, verilən sualları cavablandırıb.

 www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015