AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
MBBİ-nin gənc alimi Ankarada tədqiqat işlərini davam etdirir
İyn 01, 2022 | 12:00 / Mühüm hadisələr
Oxunub 131 dəfə

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Bioadaptasiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Səmra Mirzəyeva Türkiyənin Ankara Universitetinin Biotexnologiya İnstitutunda “Biotik və abiotik streslərə qarşı tomat bitkisinin (Solanum lycopersicum L.) davamlılığının molekulyar-genetik mexanizmləri” mövzusunda elmi tədqiqatlarını davam etdirir.

Araşdırma işi S.Mirzəyevanın qalib olduğu İslam İnkişaf Bankının Postdok tədqiqat proqramı üzrə həyata keçirilir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015